
Canni İnfantino yenidən Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti seçilib.
Sportnet.az xəbər verir ki, bu gün Fransanın paytaxtı Parisdə baş tutan FİFA-nın qurultayında bu vəzifə 2023-cü ilədək C.İnfantinoya həvalə olunub.
İsveçrəli funksioner təşkilata 2016-cı ilin fevralından başçılıq edir.
Qeyd edək ki, daha əvvəl bu vəzifəni Yozef Blatter tutub. O, FİFA-nın daxili korrupsiya qalmaqalında iştirak etdiyi üçün 2015-ci ilin dekabrında tutduğu vəzifədən uzaqlaşdırılıb.