
İspaniya təmsilçisi "Barselona"nın futbolçusu Filippe Koutinyo komandadan ayrılmaq istəyir.
Sportnet.az "Cadenaser"a istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi və onun menecerləri barədə Kataloniya təmsilçisinə məlumat verib.
Braziliyalı oyunçunun klubdakı mövqeyindən narazı olduğu və kollektivə uyğunlaşa bilmədiyi üçün ayrılmağı düşündüyü bildirilib.
Qeyd edək ki, Filippe Koutinyo 2018-ci ilin yanvarında İngiltərənin "Liverpul" klubundan "Barselona"ya keçib.