Slovakiya milli komandası Azərbaycanla keçirəcəyi AVRO-2020-nin seçmə mərhələ oyunu üçün heyətində dəyişiklik edib.
Sportnet.az "Aktuality.sk" saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Pavel Hapal yığmaya dəvət etdiyi 29 futbolçudan 5-ni Bakıya gətirməyəcək.
Bunlar qapıçı Dominik Qreyf, müdafiəçi Lukaş Ştetina, yarımmüdafiəçilər Martin Xrien ilə Laslo Beneş və hücumçu Samuel Mrazdır.
Qeyd edək ki, Slovakiya yoldaşlıq görüşündə İordaniyanı 5:1 hesabı ilə məğlub edib. Azərbaycan - Slovakiya oyunu iyunun 11-də "Bakcell Arena"da keçiriləcək.