UEFA-nın sabiq prezidenti Mişel Platini həbs olunub.
Sportnet.az-ın məlumatına görə, fransalı funksioner 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı korrupsiya araşdırmaları çərçivəsində Parisdə saxlamılıb. O, hazırda Nanterra polis şöbəsində göz altındadır.
Platini səsvermənin nəticələrinin mümkün saxtalaşdırılması prosesində iştirakda şübhəli bilinir.
Qeyd edək ki, Mişel Platini 2007 - 2015-ci illərdə rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası onu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb. Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Lakin 2016-cı ilin mayında cəza 4 ilə enib.