
Almaniyanın "Borussiya" (Dortmund) komandası baş məşqçisi Lüsyen Favr ilə müqavilənin müddətini uzadıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis 2021-ci il iyunun 30-na kimi komandaya rəhbərlik edəcək.
Favr 2018-ci ilin mayından Dortmund təmsilçisinə rəhbərlik edir. Komanda ötən mövsüm Bundesliqada 76 xalla ikinci yeri tutub. "Bavariya" isə 78 xalla ölkə çempionu olub.