2019/20 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sabah” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Qəbələ"dən ayrılan futbolçusu Bəhlul Mustafazadəni transfer edib.
22 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan oyunçu karyerası ərzində "Sumqayıt"ın da formasını geyinib. Müstafazadə Azərbaycan yığmasının U-17, U-19 və U-21 komandalarının şərəfini qoruyub. O, son olaraq əsas milli komandaya da dəvət alıb.