Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" komandası bu gün növbəti yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, ölkə çempionu Rusiyanın "Ufa" komandası ilə üz-üzə gəlib. Qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarını 54-cü dəqiqədə Abdullah Zubir, 62-ci dəqiqədə isə Miçel Madeyra vurub.
Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçilik etdiyi kollektiv buna qədər “Ludoqorets”ə (Bolqarıstan) 0:2 hesabı ilə məğlub olub, “Krayova” (Rumıniya) ilə qolsuz bərabərə qalıb.
19:00. “Qarabağ" - "Ufa" - 2:1
Qollar: Abdullah Zubir, 54, Miçel Madeyra 62