
ABŞ-da keçirilən Qızıl Kubokun qalibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, finalda Meksika və ABŞ yığmaları üz-üzə gəlib. Çikaqodakı "Solcer Fild" stadionunda təşkil olunmuş qarşılaşma Meksikanın qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu 73-cü dəqiqədə Xonatan Dos Santos vurub.
Bununla da Meksika millisi tarixində 11-ci dəfə Qızıl Kuboka yiyələnib.