ABŞ-da keçirilmiş Qızıl Kubokun ən yaxşı qolları açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, "Stars and Stripes" nəşrinin müəyyənləşdirdiyi siyahıya Haiti yığmasında çıxış edən "Qarabağ"ın futbolçusu Donald Gerryenin qolu da düşüb. 29 yaşlı cinah oyunçusu Kanada ilə 1/4 final matçında fərqlənib. Bu, həm də Haiti millisinin qələbə topu olub - 3:2. Nəticədə Gerryenin komandası yarımfinala yüksəlib və Qızıl Kuboku bürünc medalla başa vurub.
Qeyd edək ki, "Qarabağ" ötən gün Albaniyada "Partizani" ilə keçirdiyi Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununu qolsuz heç-heçə ilə başa vurub. Donald Gerrye bu matçda meydana çıxmayıb. Azərbaycan təmsilçisi ilə müqaviləsi başa çatan futbolçu hələ də komandanın düşərgəsinə qoşulmayıb.
Play of the Game presented by @SprintLatino
— Gold Cup 2019 (@GoldCup) June 30, 2019
Wilde-Donald Guerrier seals @fhfhaiti's ticket to the #GoldCup2019 semifinals with this spectacular goal! #HAIvCAN #ThisIsOurs #EstoEsNuestro pic.twitter.com/GFqQZCP8jy