
"Qarabağ" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi buna Albaniyanın "Partizani" komandasına I təsnifat mərhələsinin cavab matçında 2:0 hesabı ilə qalib gəlməklə nail olub. Oyunda hesabı 51-ci dəqiqədə Filip Ozobiç açıb. Dani Kintana isə 90+3-cü dəqiqədə son nöqtəni qoyub.
Tiranadakı ilk görüş qolsuz heç-heçə ilə yekunlaşdığı üçün "Qarabağ" növbəti raunda adlayıb.
Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Dundalk" (İrlandiya) - "Riqa" (Latviya) cütünün qalibi ilə qarşılaşacaq. Hazırda bu görüşdə penalti seriyası başlanıb.
----------------
Bu gün Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” komandası UEFA Çempionlar Liqasında növbəti matçına çıxacaq.
Sportnet.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Albaniya çempionu “Partizani”ni qəbul edəcək. “Dalğa Arena”da keçiriləcək görüş saat 21:00-da başlayacaq.
Tirandakı ilk qarşılaşmada qolsuz heş-heçə qeydə alındığı üçün istənilən qollu bərabərlik qonaqlara sərf edir. Bu üzdən “Qarabağ” müdafiədə maksimum diqqətli olmalıdır.
Qeyd edək ki, “Qarabağ” “Partizani” səddini keçəcəyi halda, II təsnifat mərhələsində “Dundalk” (İrlandiya) - “Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq. Əks halda, Avropa Liqasında eyni raundda Moldova “Şerif”i ilə üz-üzə gələcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
17 iyul
21:00. “Qarabağ” (Azərbaycan) – “Partizani” (Albaniya) - 2:0
Qol: Filip Ozobiç, 51. Dani Kintana, 90+4
Baş hakim: Dumitru Muntyan
Yan xətt hakimləri: Vladislav Lifçu və Andrey Bodyan
Dördüncü hakim: Aleksandru Tyan (hakimlər briqadası Moldovadandır)
Hakim-inspektor: Uilyam Yanq (Şotlandiya)
UEFA nümayəndəsi: Maykl Foster (İngiltərə)