Hazırda "Volın"da çıxış edən Ukrayna millisinin sabiq futbolçusu Denis Kojanov "Lvov" komandası ilə yoxlama matçında penalti zərbəsini bilərəkdən dəqiq vurmayıb.
Sportnet.az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi bu addımı 1:2 hesabı ilə geridə olduqları vaxt - finala az qalmış atıb. "Vorskla"nın qazandığı penalti zamanı "Lvov"un futbolçuları qayda pozuntusunun olmadığını iddia ediblər. Lakin referi qərarını dəyişməyib. Kojanov isə rəqib futbolçularla razı olduğu üçün topu qapının yanından vurub. Nəticədə o, azarkeşlərin alqışlarını qazanıb. Görüş isə "Volın"ın məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, "Lvov" ötən mövsüm 6-cı yeri tutduğu üçün avrokuboklara vəsiqə qazana bilməyib. "Volın" isə I Liqada 3-cü yeri tutub və keçid oyunlarında "Karpatı"ya uduzub.