Azərbaycan milli komandasının qapıçısı Emil Balayevin çıxış etdiyi Qazaxıstanın "Tobol" klubunda baş məşqçi Vladimir Qazzayev istefa verib.
Sportnet.az-ın məlumatına görə, klubun rəsmi saytı bu qərarı yeni inkişaf istiqaməti ilə əlaqələndirib. Qazzayevlə birgə köməkçisi Nikolay Latış da komandadan ayrılıb.
Qeyd edək ki, "Tobol"un Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburq "Jöness"ini üstələyə bilməyib. Hər iki oyun heç-heçə başa çatsa da, "Jöness" səfər qolu sayəsində mərhələ adlayıb.