İngiltərənin "Arsenal" klubunun və Misir millisinin futbolçusu Məhəmməd Əl-Neninin evindən cəsəd tapılmasının təfərrüatı bəlli olub.
Sportnet.az BBC-yə istinadən xəbər verir ki, polis soyğunçunun futbolçunun evindən elektrik kabellərini oğurlamağa çalışarkən cərəyan vurması nəticəsində öldüyünü bildirib. Meyiti 27 yaşlı yarımmüdafiəçinin atası aşkarlayıb.
Qeyd edək ki, Məhəmməd Əl-Neni 2016-cı ildən "Arsenal"da çıxış edir. London təmsilçisi 2018-2019 mövsümündə Bakıda keçirilən Avropa Liqasının finalında şəhərin digər klubu "Çelsi"yə 1:4 hesabı ilə uduzub.