"İlk qələbəni qazana bilməyimiz əladır. Hamı buna çox sevinir".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "İzvestiya"ya açıqlamasında Moskva "Dinamo"su və Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Premyer Liqanın III turunda "Ural"ı 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
23 yaşlı hücumçu komandasının yeni hücumçu alması ilə bağlı fikirlərini də bölüşüb. Şeydayev bunun normal olduğunu söyləyib: "Komandada rəqabət olmalıdır".
Qeyd edək ki, "Dinamo" 3 turdan sonra 4 xalla çempionatda 7-ci pillədədir. Moskva təmsilçisi Ramil Şeydayevdən başqa kamerunlu hücumçu Klinton N Jyonu heyətinə qatıb. Azərbaycanlı futbolçu ilə mövsümün sonuna kimi, afrikalı forvardla isə 4 illik müqavilə bağlanılıb.