"Bizi ağır oyun gözləyir. Çox ciddi hazırlaşırıq. Baş məşqçimiz tapşırıqlar verib. Onun dediklərini edib, qələbə qazanmağa çalışacağıq".
Sportnet.az-ın məlumatına görə, bunları "Neftçi"nin futbolçusu Rəhman Hacıyev Bakıda Rusiyanın "Arsenal" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl təşkil edilən mətbuat konfransında söyləyib.
26 yaşlı yarımmüdafiəçi bildirib ki, komanda yüksək əhval-ruhiyyədədir və cavab görüşünü gözləyirlər.
Qeyd edək ki, avqustun 31-də "Bakcell Arena"da keçiriləcək oyun saat 21:00-da başlayacaq. "Neftçi" Tulada baş tutan ilk oyunda 1:0 hesabı ilə qalib gəlib.