
Fransa Super Kubokunu qazandıqdan sonra kollektiv foto zamanı PSJ düşərgəsində insident baş verib.
Sportnet.az-ın məlumatına görə, Paris təmsilçisinin hücumçusu Kilian Mbappe komanda yoldaşı Neymara çəkilişdə iştirak etməyə imkan verməyib. O, braziliyalı forvardı itələyərək kadrdan kənara çıxarıb.
Neymar bu matçda cəzalı olduğu üçün iştirak etməyib. O, ölkə kubokunun finalında "Renn" komandası ilə qarşılaşmadan sonra azarkeşi vurub. Elə superkubok matçında da bu iki kollektiv üz-üzə gəlib. Görüş PSJ-nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Neymar hazırkı transfer dövründə komandasını dəyişmək istədiyini bildirib. Bu səbəbdən, 27 yaşlı hücumçu ilə PSJ rəhbərliyinin münasibətləri kəskin soyuyub. "Sambaçı" bu yay İspaniya "Barselona"sına dönmək niyyətindədir.
#mbappe che allontana #Neymar dalla foto di squadra #PSG ???? pic.twitter.com/RW8lh51upc
— Marco Conterio (@marcoconterio) August 3, 2019