İspaniyanın "Barselona" klubu Fransa PSJ-sində çıxış edən sabiq futbolçusu Neymarı geri qaytarmaq üçün yeni təklif irəli sürüb.
Sportnet.az-ın məlumata görə, bu barədə jurnalist Abdella Boulma “Twitter” hesabında yazıb. Onun sözlərinə görə, Kataloniya təmsilçisi 27 yaşlı hücumçudan ötrü 250 milyon avro ödəməyə hazırdır.
“Barselona” bu məbləğ 2 il ərzində 3 mərhələdə (150+50+50) ödəməyi düşünür.
Qeyd edək ki, Neymar iki il əvvəl “Barselona”dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Paris klubu ilə müqaviləsi 2022-ci ilədək qüvvədədir.