UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi növbəti dəfə "Qarabağ"a qarşı intizam işi açıb.
Sportnet.az xəbər verir ki, Avropa futbol qurumunun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda Kipr APOEL-i ilə keçirilən Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin cavab oyunu ilə əlaqədardır.
Ağdam təmsilçisinin azarkeşlərinin həmin qarşılaşmada meydana kənar əşyalar atıb. Məsələyə sentyabrın 19-da baxılacaq.
Qeyd edək ki, "Qarabağ" Kiprdə rəqibini 2:1 hesabı ilə məğlub etsə də, cavab oyununda 0:2 hesabı ilə uduzaraq Çempionlar Liqası ilə vidalaşıb. UEFA daha öncə ÇL-in II təsnifat mərhələsində İrlandiya "Dandolk"u ilə (3:0) cavab matçı üçün də ölkə çempionuna qarşı intizam işi açmışdı. Həmin iş isə avqustun 22-də nəzərdən keçiriləcək. “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiya "Linfild"i ilə üz-üzə gələcək. İlk oyun aqustun 22-də səfərdə, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.