“Ağır oyun keçdi. Deyərdim ki, birinci hissədə daha maraqlı oyun sərgilədik. Fasilədən sonra əsas məqsədimiz qələbə hesabını qorumaq idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov səfərdə "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının II tur matçından sonra mətbuat konfransında deyib. 48 yaşlı mütəxəssis bildirib ki, "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları ilk tur oyunundakı səhvləri təkrarlamamağa çalışıblar: "Komandamızın çıxışından razı qaldım, amma oyundan-oyuna daha da yaxşı futbol sərgiləyəcəyik. Qarşıda bizi “Qəbələ” ilə çətin səfər qarşılaşması gözləyir”.