AFFA İntizam Komitəsi I Divizionda çıxış edən “Sumqayıt-2” komandasına 0:3 hesablı texniki məğlubiyyət verib.
Sportnet.az xəbər verir ki, buna səbəb II turda “Neftçi-2” ilə ev matçında əvəzetmə zamanı Sumqayıt təmsilçisinin heyətində adı protokolda olmayan futbolçunun meydana çıxmasıdır.
Texniki məğlubiyyətlə yanaşı, klub 400 manat cərimə olunub.
Qeyd edək ki, görüş “Neftçi-2”nin 3:2 hesablı qələbəsi ilə yekunlaşmışdı.