"Bizi çətin oyun gözləyir. Rəqibin təqdimata ehtiyacı yoxdur. Bakıya müsbət nəticə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin qapıçısı Səlahət Ağayev səfərdə Uels yığmasına qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyununda əvvəl təşkil edilən mətbuat konfransında söyləyib.
"Neftçi"in qolkiperi yığmada Heç bir psixoloji gərginliyin olmadığını deyib və oyuna tam hazır olduqlarını vurğulayıb.
Qeyd edək ki, Uels və Azərbaycan yığmaları arasında sentyabrın 6-da Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.