Azərbaycan milli komandasının sabiq baş məşqçisi İqor Ponomaryov “Sabah”a rəhbərlik etmək ehtimalına münasibət bildirib.
Sportnet.az xəbər verir ki, hazırda paxtaxt klubunun Müşahidə Şurasının üzvü olan 58 yaşlı mütəxəssis “Report”a hələlik bununla bağlı heç bir məlumatın olmadığını deyib. O, gələcək addımların Müşahidə Şurasının iclasında müəyyənləşdiriləcəyini vurğulayıb.
Ponomaryov “Sabah”ın baş məşqçisi olmaq itərdinizmi, bu, nə dərəcədə realdır” sualına belə cavab verib: “Şərhsiz... Mən “Sabah”ın Müşahidə Şurasının üzvüyəm”.
“Sabah” rəhbərliyi Premyer Liqanın IV turunda evdə “Qəbələ”yə 0:1 hesablı məğlubiyyətdən sonra uğursuz nəticələrə görə baş məşqçi Elşad Əhmədovu istefaya göndərib. Komanda müvvəqqəti olaraq əvəzedici heyətə rəhbərlik edən Rövşən Babayevə tapşırılıb.
Qeyd edək ki, İqor Panomaryov 2000-2001-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub. O, 1978-1981 və 1983-1988-ci illər aralığında "Neftçi"nin formasını geyinib. İsveçdə yaşayan təcrübəli mütəxəssis son olaraq "Xəzər Lənkəran" klubunun baş məşqçisi olub.