Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turunun rəmzi komandası bəlli olub.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “InStat”ın təhlilinə əsasən "11-liy"ə "Qarabağ"dan 5, "Zirə"dən 3, "Keşlə"dən 2, "Səbail"dən isə 1 futbolçu düşüb.
Həftənin oyunçusu isə "Qarabağ"dan Asmir Beqoviç olub.
Qapıçı: Asmir Beqoviç - 359 (“Qarabağ”)
Müdafiəçilər: Ailton Silva - 264 (“Qarabağ”)-2, Turan Manafov - 314 (“Səbail”), Bədavi Hüseynov – 295 (“Qarabağ”), İlkin Qırtımov - 252 (“Keşlə”) Y
Yarımmüdafiəçilər: Abdullah Zubir – 323 (“Qarabağ”), Şafik Tiqrudja - 289 (“Zirə”), Markos Madera - 298 (“Qarabağ”)-3, Tellur Mütəllimov – 287 (“Zirə”) H
Hücumçular: Sezar Rodrigez - 276 (“Zirə”), Lorenzo Frutos - 281 (“Keşlə”)-2
Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.