Azərbaycan Premyer Liqasının V turu “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov üçün əlamətdar olub.
Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 37 yaşlı müdafiəçi kapitanı olduğu Ağdam klubunun heyətində 200-cü çempionat oyununa çıxıb. Bu, arxa xətt oyunçusunun mövsümdə ilk qarşılaşması olub.
Karyerası ərzində “Turan” və “Neftçi”də də oynamış Sadıqov 2009/2010 mövsümündən “Qarabağ”da çıxış edir. Bu müddətdə 8 qola sevinən müdafiəçi Ağdam klubunun tarixinə ölkə çempionatlarında 200 və daha çox matç keçirən 10-cu futbolçu kimi düşüb.
Qeyd edək ki, Rəşad Sadıqov bir müddət öncə “Qarabağ”da ümumilikdə bütün turnirlər nəzərə alınmaqla 300-cü matçını keçirib. Bu, Çempionlar Liqasının “Partizani” ilə Tiranadakı qarşılaşmasına təsadüf edib.
| mövsüm | klub | oyun | qol |
| 2009/10 | Qarabağ (Ağdam) | 20 | 1 |
| 2010/11 | Qarabağ (Ağdam) | 14 | 0 |
| 2011/12 | Qarabağ (Ağdam) | 27 | 2 |
| 2012/13 | Qarabağ (Ağdam) | 25 | 3 |
| 2013/14 | Qarabağ (Ağdam) | 25 | 0 |
| 2014/15 | Qarabağ (Ağdam) | 21 | 0 |
| 2015/16 | Qarabağ (Ağdam) | 19 | 2 |
| 2016/17 | Qarabağ (Ağdam) | 14 | 0 |
| 2017/18 | Qarabağ (Ağdam) | 18 | 0 |
| 2018/19 | Qarabağ (Ağdam) | 16 | 0 |
| 2019/20 | Qarabağ (Ağdam) | 1 | 0 |
| Cəmi | 200 | 8 |








































































