AFFA nümayəndəsi Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb. Sportnet.az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək "Zenit" (Rusiya) - "Benfika" (Portuqaliya) qarşılaşmasının UEFA nümayəndəsi Orxan Hüseynzadə olacaq.
Matç noyabrın 26-da, Sankt-Peterburq şəhərindəki Petrovski stadionunda baş tutacaq.