Bəhreyn və Azərbaycan milli komandaları arasında bu gün keçiriləcək yoldaşlıq oyununun hakimləri açıqlanıb.
Sportnet.az xəbər verir ki, Ər-Rifa şəhərindəki Bəhreyn Milli Stadionunda baş tutacaq matçı omanlı ədalət təmsilçiləri idarə edəcəklər. Qarşılaşmanın referisi Ahmed Abubaker Alkaf olacaq. Abubaker Salem Alamri və Raşed Hamad Alqaithi yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər. Görüşün dördüncü hakimi isə bəhreynli İssa Abdulla olacaq.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.