Macarıstan yığması ilə AVRO-2020-nin seçmə matçında meydanı vaxtından əvvəl tərk edən Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın zədəsi ciddi deyil.
Sportnet.az xəbər verir ki, bu barədə “Report”a 30 yaşlı yarımmüdafiəçinin özü bildirib. Almeyda deyib ki, 54-cü dəqiqədə diz nahiyəsindən aldığı zərbə nəticəsində ağrılar hiss edib. Bu səbəbdən, oyunu davam etdirməməsi məqsədəuyğun sayılıb.
“Qarabağ”ın oyunçusu oktybarın 19-da Premyer Liqanın VIII turunda “Qəbələ” ilə səfər qarşılaşmasında meydana çıxmasının mümkünlüyünü əlavə edib.
Qeyd edək ki, Macarıstan yığmasının Azərbaycan millisini 1:0 hesabı ilə məğlub etdiyi oyunun baş hakimi Dennis Higler 90+4-cü dəqiqədə Bəhlul Mustafazadənin təmiz qolunu saymayıb. Hollandiyalı referi qarşılaşmadan sonra səhvinə görə üzr istəyib.