Futzal üzrə Azərbaycan milli komandası Bakı İdman Sarayında keçirilən dünya çempionatının əsas seçmə mərhələsinin 3-cü qrupunun ilk tur matçına çıxıb.
Sportnet.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv Moldovaya qalib gəlib - 3:1. İlk qolu rəqib komandann futzalçısı Andrian Laşku 8-ci dəqiqədə vurub. Lakin 12-ci dəqiqədə Telles Martins Tiaqo hesabda tarazlıq yaradıb. 29-cu dəqiqədə Vassura penaltini dəqiq yerinə yetirə bilməsə də, 33-cü dəqiqədə kombinasiyanı qolla tamamlayıb. 35-ci dəqiqədə isə Bolinya özünün ikinci, komandasının üçüncü qolunu vurub.
Qrupun digər matçında Slovakiya Monteneqroya böyük hesabla qalib gəlib - 5:0. Oktyabrın 24-də Azərbaycan Monteneqro ilə, Slovakiya isə Moldova ilə qarşılaşacaq.
Dünya çempionatı
Əsas seçmə mərhələ, 3-cü qrup
20:00. Azərbaycan – Moldova - 3:1
Qollar: Bolinya, 12; 35. Vassura, 33 - Andrian Laşku, 8
İstifadə olunmamış penalti: Vassura, 29
Hakimlər: Ondrey Çerny (Çexiya), İngus Puriņş (Latviya), İngo Heemsoth (Almaniya)
Hakim-inspektor: Galan Nieto Pedro Angel (İspaniya)
UEFA nümayəndəsi: Assem Kuzhanova (Qazaxıstan)
23 oktyabr. Bakı İdman Sarayı.
Azərbaycan
12. Rövşən Hüseyinli (q), 3. Teles Martins Thiago, 6.Borges Eduardo, 10. Oliveira Do Nascimento Williams, 13. Amir Shojaei, 1. Elnur Zamanov (q) 14. Hadi Ahmadi, 9. Nihad İsmayılov, 11. Xətai Bağırov, 17. İsa Atayev, 8. Rizvan Fərzəliyev, 7. Ramiz Çovdarov, 5. Vahid Shafiei, 20.İsagh Soorghali,
Baş məşqçi: Joze Alesio Da Silva
Moldova
1. Aleksey Kapsamun (q), 6. Konstantin Burdujel, 7. Andrian Laşku, 9. Kristian Obada, 10. Sergey Takot (k), 12. Andrey Makoviciuc, 2. Aleksand Çımbalist, 3. Kristian Krasnov, 4. Sergey Nikolayçuk, 5. Andrey Neqara, 8. Konstantin Nita, 11. Lulian Kojokaru, 13. İon Koval, 14. Konstantin Qurjui
Baş məşqçi: Vladimir Busatıy
17:00. Slovakiya - Monteneqro - 5:0
-------
Bu gün Bakıda futzal üzrə dünya çempionatının əsas mərhələsinin 3-cü qrupunun oyunları start götürəcək.
Sportnet.az-ın məlumatına görə, qrupda Azərbaycan, Moldova, Slovakiya və Monteneqro yığmaları yer alıb. Qrupda ilk 2 yeri tutacaq komandalar 28 yanvar - 2 fevral 2020-ci ildə keçiriləcək elit-raunda yüksələcəklər.
Azərbaycan millisi təlim-məşq toplanışına 20 futzalçı ilə başlasa da, baş məşqçi Joze Alesio Da Silva onlardan 14-nü heyətdə saxlamağa qərar verib:
N |
Ad, Soyad |
Klub |
1 |
Rövşən Hüseyinli |
Araz |
2 |
Elnur Zamanov |
Neftçi İK |
3 |
Hadi Ahmadi |
Araz |
4 |
Nihad İsmayılov |
Araz |
5 |
Xətai Bağırov |
Araz |
6 |
İsa Atayev |
Araz |
7 |
Rizvan Fərzəliyev |
Araz |
8 |
Ramiz Çovdarov |
Araz |
9 |
Oliveira Do Nascimento Williams |
Alarabi Sporting Club (Küveyt) |
10 |
Vahid Shafiei |
Araz |
11 |
Amir Shojaei |
Araz |
12 |
Teles Martins Thiago |
Norlisk Nikel (Rusiya) |
13 |
Eshagh Soorghali |
Azaraxş (İran) |
14 |
Borges Eduardo |
ACCS Futsal (Fransa) |
İlk oyun bu gün saat 17:00-da Slovakiya və Monteneqro arasında keçiriləcək. Saat 20:00-da Azərbaycan və Moldova milliləri mübarizəyə başlayacaqlar.
Oktyabrın 24-də yenə eyni saatlarda Moldova – Slovakiya və Azərbaycan – Monteneqro, oktyabrın 26-da Monteneqro – Moldova və Slovakiya – Azərbaycan görüşləri olacaq. Bütün qarşılaşmalar Bakı İdman Sarayında təşkil olunacaq.