Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun rəmzi komandası müəyyənləşib.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “InStat”ın təhlili əsasında "11-liy"ə "Neftçi"dən 5, "Qarabağ"dan 3, "Keşlə", "Sabah" və "Sumqayıt"dan isə hərəyə 1 oyunçu daxil edilib.
Onlardan biri "Sabah"ın futbolçusu Təmkin Xəlilzadədir. Xəlilzadə ötən tur "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri görüşdən sonra Kamal Umudlunun rəhbərlik etdiyi hakimlər briqadasına hücum çəkərək, onları vurmaq istəyib. AFFA İntizam Komitəsi buna görə Azərbaycan millisinin cinah oyunçusunu 5 oyunluq cəzalandırıb. Cəzanın 3 oyunluq hissəsi şərti kəsilib.
VIII turun ən yaxşı futbolçusu "Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev olub.
Qapıçı: Səlahət Ağayev - 271 (“Neftçi”)
Müdafiəçilər: Təmkin Xəlilzadə - 305 (“Sabah”) - 2, Kiril Petrov – 263 (“Neftçi”), Franko Flores - 258 (“Keşlə”) - 3, Maksim Medvedev - 273 (“Qarabağ”)
Yarımmüdafiəçilər: Baqali Dabo – 302 (“Neftçi”), Qara Qarayev - 258 (“Qarabağ”) - 2, Rəhman Hacıyev - 318 (“Neftçi”), Dani Kintana – 300 (“Qarabağ”) - 3
Hücumçular: Stiven Monroz - 295 (“Neftçi”) - 3, Mehdi Şərifi - 248 (“Sumqayıt”) - 2
Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.