
"Maraqlı oyun alındı. 4 günlük aradan sonra növbəti matçımıza çıxdıq. Son dəqiqələrdə yorğunluq hiss etdik. Oyundan razı qaldım".
Sportnet.az-ın məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev evdə "Keşlə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının X tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
Gənc mütəxəssis komandasının çoxlu güc sərf etdiyini bildirib: "Hətta qol da vurduq. Amma referi saymadı. Epizoda baxmaq lazımdır".