“Azərbaycan çempionatının səviyyəsi yetərincə zəifdir. Mən orada çalışanda yüksək dəstədə 10 komanda var idi. İndi 8 komanda qalıb ki, bu da çox azdır”.
Sportnet.az xəbər verir ki, bunu “Bakı”nın sabiq baş məşqçisi Milinko Pantiç Rusiyanın “İzevstiya” nəşrinə geniş müsahibəsində deyib. 53 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasında rəqabətin olmadığını bildirib: “Mən Azərbaycanda işləyəndə güclü legionerlər vardı - indi demək olar ki, qalmayıblar. Bundan əlavə, çempionatda rəqabət yoxdur. “Qarabağ” digərlərindən bir neçə dəfə üstündür. Mövsüm başlamazdan əvvəl məhz bu komandanın turnirin qalibi olacağını əminliklə söyləmək olar. Rəqabət yoxdursa, irəliləyiş də ola bilməz. Hətta “Neftçi”nin liderlə rəqabət aparmaq imkanı yoxdur”.
Qeyd edək ki, Milinko Pantiç 2013/2014 mövsümündə “Bakı”ya rəhbərlik edib.