"Çox çətin qarşılaşma olacağını bilirik. Son ev matçımızdır və istəyirik ki, ilk növbədə, xalqımızı sevindirək".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Şəhriyar Rəhimov Bakıda Uelsə qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyunundan öncə mətbuat konfransında deyib. Müdafiəçi sabahkı qarşılaşmada layiqli mübarizə aparmaq istədiklərini bildirib: "Ölkəmizi layqiincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik. Xallar qazanmaq istəyirik".
Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlanacaq.