
"Zirə" və "Keşlə" komandaları 18-ci dəfə üz-üzə gələcək.
Sportnet.az-ın məlumatına görə, bu, Azərbaycan Premyer Liqasında XII tura təsadüf edəcək. İndiyədək keçirilmiş qarşılaşmalarda "qartallar” 4 dəfə qalib gəlib. 8 oyunda 1 xal əldə edən komanda 5 dəfə meydandan məğlub ayrılıb. 34 qolun vurulduğu görüşlərdə rəqiblər hərəyə 17 dəfə fərqləniblər.
“Zirə”nin “Keşlə”yə qarşı keçirilən matçlardakı bombardiri Xulio Sezar Rodrigesdir. Paraqvaylı rəqib qapısına üç dəfə yol tapıb. Yovan Krneta və Milan Duriçin hesabında 2 top var.
“Qartallar” öz meydanında 9-cu dəfə “Keşlə”ni qonaq edəcək. Əvvəlki 8 matçın yarıdan çoxu – 5-i heç-heçə ilə nəticələnib. 2 dəfə qalib gələn meydan sahibləri 1 dəfə uduzublar. 10 qol vuran qəsəbə komandası 8 top buraxıb. Yalnız ilk ev oyununda meydandan qolsuz ayrılan “Zirə” sonrakı 7 görüşdə qonaqların qapısına yol tapıb.
Qeyd edək ki, noyabrın 24-də keçiriləcək "Zirə" - "Keşlə" matçı saat 15:00-da başlanacaq.