"Keşlə" klubunun ev oyunlarını keçirdiyi "ASK Arena"da təmir işləri yekunlaşıb.
Bu barədə Sportnet.az-a paytaxt təmsilçisinin mətbuat katibi Murad Axundov məlumat verib. O, stadionun tam hazır olduğunu bildirib.
Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda bu gün arenanada məşqə də çıxıb. "Keşlə" böyük ehtimalla "Sumqayıt"a qarşı növbəti ev oyununu bu arenanda keçirəcək.
Qeyd edək ki, "Keşlə" mövsümün əvvəlindən bütün ev oyunlarını, "ASK Arena"nın süni ot örtüyü dəyişdirildiyi üçün digər stadionlarda keçirməli olub. Bu komanda noyabrın 24-də Premyer Liqanın XII turu çərçivəsində "Zirə"nin qonağı olacaq, noyabrın 30-da XIII turda isə "Sumqayıt"ı qəbul edəcək.