"Qəbələ"yə uduzduqları (2:3) yoldaşlıq görüşündə zədələnən "Səbail"in futbolçusu Mirabddulla Abbasovun durumuna aydınlıq gəlib.
Sportnet.az xəbər verir ki, 24 yaşlı hücumçu "Sabah"la yanaşı, "Neftçi" ilə oyunu da buraxmalı olacaq. Azərbaycan millisinin də şərəfini qoruyan oyunçunun XIV turda "Zirə" ilə səfər matçında oynaması ehtimal olunur.
Qeyd edək ki, "Səbail" XII turda bu gün "Sabah"ı qəbul edəcək. Qarşılaşma saat 15:00-da başlayacaq. Mirabdulla Abbasov müqavilə ilə "Neftçi" klubuna məxsusdur. (Report)