Rumıniyanın paytaxtı Buxarestdə 2020-ci il Avropa çempionatının püşkatma mərasim keçirilib.
Sportnet.az-ın məlumatına görə, püşk nəticəsində AVRO-2020-nin qruplarının tərkibi müəyyənləşəcək. A qrupunun oyunlarına İtaliyanın paytaxtı Roma ilə yanaşı, Bakı şəhəri də ev sahibliyi edəcək.
Bədii hissənin ardından aparıcılar səhnəyə çıxıblar. AVRO-2020-nin rəsmi saundrekini ifa edəcək Martin Qarriks təqdim olunub. Ardından çempionata ev sahibliyi edəcək şəhərlər və nüfuzlu yarışa vəsiqə qazanmış komandalarla bağlı təqdimat videosu nümayiş etdirilib.
Rikardu Karvalyu və Joau Mariu AVRO-2020-nin qalibinə verilən Anri Delone kubokunu səhnəyə gətiriblər. Daha sonra onların və digər sabiq futbolçular İker Kasilyas, Filipp Lap, Con Sivebek, Marsel Desayi, Rikardu Karvalyu, Teodoros Zaqorakis, Karel Poborski, Ruud Qullit, Françesko Totti və Andrey Arşavinin iştirakı ilə püşkatma başlayıb.
Püşkatmanın nəticələri:
A qrupu: Türkiyə, İtaliya, Uels, İsveçrə
B qrupu: Danimarka, Finlandiya, Belçika, Rusiya
C qrupu: Hollandiya, Ukrayna, Avstriya, A və ya D Liqasının qalibi
D qrupu: İngiltərə, Xorvatiya, C Liqasının qalibi, Çexiya
E qrupu: İspaniya, İsveç, Polşa, B Liqasının qalibi
F qrupu: D Liqasının qalibi, Portuqaliya, Fransa, Almaniya
-------------------
Bu gün 2020-ci ildə keçiriləcək Avropa çempionatının püşkü atılacaq.
Sportnet.az-ın məlumatına görə, Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Püşkatma nəticəsində Bakıya gələcək milli komandaların da adları bəlli olacaq. Turnirdə iştirak edən 24 komanda 4 səbətə bölünüb. AVRO-2020-yə seçmə mərhələdən çıxanlar səbəbtlərdən ilk üçündə, Millətlər Liqası vasitəsilə vəsiqə qazanacaq komandalar dördüncüsündə olacaq.
Rusiya və Danimarka milliləri turnirin ev sahibləri kimi avtomatik olaraq B qrupunda yer alıblar. Final mərhələsinin püşkatma səbətlərinin tərkibi təsnifat mərhələsinin yekunlarına əsasən komandaların reytinqi əsasında müəyyənləşib.
Seçmə mərhələnin bütün oyunlarında qələbə qazanmış Belçika və İtaliya milliləri İngiltərə, İspaniya, Ukrayna və Almaniya komandaları ilə birlikdə birinci səbətdə yer alıblar. İtaliya, İngiltərə, İspaniya və Rusiya Avropa çempionatının ev sahibləridir. Rusiya və Ukrayna milliləri püşkatma zamanı ayrı-ayrı qruplara salınacaq. Beləliklə, Belçika avtomatik olaraq Rusiya millisi ilə eyni qrupa düşəcək.
İkinci səbətdə Rusiya millisi ilə bərabər, Fransa, Polşa, İsveçrə, Xorvatiya və Niderland qərarlaşıb. Üçüncü səbətə Danimarka, Portuqaliya, Türkiyə, Avstriya, İsveç və Çexiya daxil ediib. Dördüncü səbətdə Uels və Finlandiya yığmaları, habelə Millətlər Liqasının təmsilçiləri arasında pley-offun dörd qalibi yer alacaq.
Final mərhələsinə çıxa bilən AVRO-2020-nin meydan sahibləri olan millilər öz meydanlarında ən azı iki oyun keçirmək üçün müvafiq qruplara düşəcəklər.
Səbətlərin tərkibi:
1-ci səbət: Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna
2-ci səbət: Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya
3-cü səbət: Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya
4-cü səbət: Uels, Finlandiya, Millətlər Liqasından gələcək 4 komanda (A,B,C və D liqalarının qalibi)
A qrupu: İtaliya (ev sahibi)
B qrupu: Rusiya (ev sahibi), Danimarka (ev sahibi), Belçika
C qrupu: Niderland, Ukrayna, A və ya D Liqasının qalibi
D qrupu: İngiltərə (ev sahibi), C Liqasının qalibi
E qrupu: İspaniya (ev sahibi), B Liqasının qalibi
F qrupu: Almaniya (ev sahibi), A və ya D Liqasının qalibi
Xatırladaq ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda baş tutacaq.