Almaniya Bundesliqasının son turunda "Paderborn"la səfər
matçı Dortmund "Borussiya”sına baha başa gəlib. Sportnet.az-ın məlumatına görə, komandanın aparıcı
futbolçusu Marko Roys yenidən zədə alıb.
67-ci dəqiqədə əvəzlənən 25 yaşlı yarımmüdafiəçinin müayinə
nəticələri də ürəkaçan deyil. Klubun rəsmi "twitter" hesabının
yaydığı xəbərə görə, təcrübəli oyunçu artıq 2014-cü ili başa vurub. O, yanvarın
əvvəlində məşqlərə başlayacaq.
Xatırladaq ki, Almaniya millisinin də üzvü olan Roys zədə səbəbilə bu ilki dünya çempionatını da buraxmışdı.