"İstənilən halda "Sabah" rəhbərliyi ilə baş məşqçi arasındakı münasibətlərdə strateji yanlışlıqlar var".
Sportnet.az-ın məlumatına görə, bunu tanınmış futbol mütəxəssisi Tahir Süleymanov deyib. O bildirib ki, "Sabah"ın Ramil Şeydayevi transfer etməsi ilə baş məşqçi Sopiçin xarici mətbuatda Azərbaycan futbolunu (klubu) düzgün pul xərcləməməkdə günahlandırması üst-üstə düşüb: "Yay "transfer pəncərəsində" pulların xərclənməsi ilə qışa bir şey qalmır açıqlaması yeni transferlə heç uyuşmur. Xorvatiyalı baş məşqçinin gəldiyi klubun rəhbər idarəçilərini tənqid etməsi ilk belə hal deyil. Klub/komanda quruculuğu baxımından kimin doğru olmasını zaman göstərəcək".
Qeyd edək ki, "Sabah" Jelko Sopiçin rəhbərliyi altında Azərbaycan Premyer Liqasında keçirdiyi 5 oyundan 3-də uduzub, 2-də qələbə qazanıb. Azərbaycan Kubokunda isə bu klub "Qəbələ"yə hər iki oyunda yenilərək, 1/4 finaldaca mübarizəni dayandırıb.