"Qalatasaray" rəhbərliyi yollarını ayırmağa qərar
verdiyi Çezare Prandellinin yerinə gələ biləcək məşqçiləri gözdən keçirir. Sportnet.az-ın məlumatına görə,
italyan mütəxəssisin postuna 5 namizədin olduğunu iddia edilir.
Onların arasında ötən günlərdə adı Azərbaycan millisi ilə hallanan və AFFA-dan 3 milyon avroluq təklif alan bosniyalı çalışdırıcı Saffet Suşiç də var. Ölkəsinin Yığma komandasından yenicə istefa verən mütəxəssislə yanaşı, "Cim-Bom” 4 yerli məşqçini də nəzərdən keçirir. Bunlar Hikmət Karaman, Mustafa Dənizli, Tuqay Kərimoğlu və Hasan Şaşdı.