
Azərbaycan Premyer Liqasının XIX turunda "Neftçi"nin "Səbail" komandası ilə keçirəcəyi XIX tur matçının biletləri satışa çıxarılıb.
Sportnet.az-ın "ağ-qaralar"ın rəsmi saytına istinadən verdiyi məlumata görə, qiymətlər VİP yerlərə 5 manat, qalan bütün sektorlara isə 1 manat təşkil edir. Biletləri "Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, martın 1-də "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Səbail” oyunu saat 17:00-da başlanacaq.