 

Son vaxtlar "Qalatasaray”ın hollandiyalı futbolçusu Uesli Sneyder
haqqında transfer iddiaları çoxalıb. Sportnet.az-ın
məlumatına görə, 30 yaşlı yarımmüdafiəçiyə İngiltərənin "Çelsi” və "Mançester
Yunayted” klubları elçi düşüb.
	
	
İnglis mediyasına görə, "sarı-qırmızılıar”ın heyətində həmişə ilk
"11-liy”ə düşə bilməyən futbolçu da bunu qəbul edə bilmir. Sneyderin yanvarda
"qırmızı şeytanlar”la müqavilə bağlayacağını gözləyir.
	
	
Xatırladaq ki, Hollandiya millisinin üzvü ötən ilin yanvarından Superliqa təmsilçisində çıxış edir. Onun "Cim-Bom”la 2016-cı ilin sonuna qədər müqaviləsi var.








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    
























































