
Bu gün Türkiyə PTT I Liqasında XI turun
oyunları start götürüb. Sportnet.az-ın məlumatına görə,
təmsilçilərimizdən ilk olaraq Vaqif
Cavadov və Ufuk Budakın şərəfini qoruduğu "Qaziantep BB” meydana çıxıb.
Komanda səfərdə
"Samsunspor”la qarşılaşıb. Ötən tur məğlub olan "Qaziantep BB" bu oyunda böyük hesablı qələbə qazanıb. Ufuk Budak start heyətində meydana çıxıb. O, 89-cu dəqiqədə Nasla əvəzlənib. Millimizin üzvü Vaqif Cavadov isə bu oyunda 18-yə daxil olsa da, meydana çıxmayıb. Bu qələbədən sonra "Qaziantep BB" xallarının sayını 11-ə yüksəldərək 12-ci pilləyə qalxıb.
Türkiyə PTT 1-ci liqa
28 noyabr
20:00. "Samsunspor" - "Qaziantep BB" - 1:4
Qollar: Aydın, 24 - Yazıcı, 44 (öz qapısına), Ameobi 50, Halman 70, Gunes 76
Qeyd edək ki, digər futbolçularımızın şərfini qoruduğu komandalar 29 və 30 noyabrda mübarizəyə qoşulacaqlar.