"Qalatasaray”
klubu baş məşqçi Çezare Prandellinin qovulmasından sonra baş məşqçi axtarışlarını
davam etdirir. Sportnet.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə,
klub rəhbərliyi milli komandada Fatih Terimin köməkçisi Hamza Hamzaoğlunu
komadanın sükanı arxasına gətirmək istəyir.
"Qalatasaray” rəhbərliyi Hamza Hamzaoğlu üçün ilk addımını atıb. "Sarı-qırmızılar”ın prezidenti Duyğun Yarsuvat Türkiyə Futbol Federasiyasının (TFF) rəhbəri Yıldırım Dəmirörənə zəng edərək görüş tələb edib. Bu gün üçün nəzərdə tutulan görüşdən sonra Hamza Hamzaoğu məsələsinə son veriləcəyi gözlənilir. Dəmirörən və Yarsuvatın görüşünə milli komandanın baş məşqçisi Fatih Terimin də qatılacğı gözlənilir.