
DÇ-2022-nin Asiya zonası üzrə seçmə mərhələsinin mart və iyun aylarında keçirilməsi nəzərdə tutulan oyunları təxirə salınıb.
Sportnet.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə 23 - 31 mart və 1 - 9 iyunda nəzərdə tutulan qarşılaşmalar ləğv olunub.
Qərarın Asiya Futbol Konfederasiyası ilə qarşılıqlı razılıq əsasında qəbul olunduğu bildirilib. Matçların yeni tarixi barədə qarşıdakı günlərdə məlumat veriləcək.