“Uçuşumuz uzun çəksə də, nəhayət Azərbaycandayıq. İki ölkə arasında saat fərqinə rəğmən uyğunlaşdığımızı deyə bilərəm. Sabah qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Sportnet.az-ın məlumatına görə, bunu qadın futbolçulardan ibarət Polşa millisinin baş məşqçisi Miloş Stepinski Bakıda Azərbaycan yığması ilə keçirəcəkləri Avropa çempionatının seçmə oyunu barədə danışarkən deyib. O, qarşılaşmanın asan olmayacağını bildirib: "Azərbaycanın İspaniya və Çexiya ilə oyunlarını izləmişik. Bizim üçün çətin oyun olacaq. Rəqib çox intizamlı və gənc komandadır. 5-4-1 taktiki düzülüşü ilə mübarizə aparır. Xüsusən, müdafiədə daha yaxşı təsir bağışlayır. Azərbaycanın Moldova yığmasına məğlub olmasına baxmayaraq, daha yaxşı təsir bağışlamışdı. Oyuna tam hazırıq, bununla belə, gözləmədiyimiz nəticə ilə qarşılaşa bilərik”.
Qeyd edək ki, martın 11-də "ASK Arena"da keçiriləcək oyun saat 18:00-da başlanacaq.