
Madrid "Real”ının rəhbərliyi
UEFA-ya bəyanat ünvanlayıb. Sportnet.az-ın məlumatına görə, buna səbəb ali qurumun
rəhbəri Mişel Platinin ötən günlərdə "Qızıl top” haqqında verdiyi açıqlamadı.
Platini açıqlamasında "Qızıl
top”un məhz DÇ-2014-ün qaliblərindən birinin almalı olduğunu bildirib. Bu
açıqlamaya görə, "Real” rəhbərliyi uğurlu bir il keçirmiş futbolçusu
Kriştiano Ronaldonun mükafatdan məhrum ola biləcəyini iddia edib.
"Kral Klubu” UEFA prezidentinin
söylədiyi fikirlərin qalibin müəyyənləşməsində rol oynayacağından
narahatdı.Lakin hələ ki, bu il Ronaldoya Avropanın ən yaxşı futbolçusu
mükafatını öz əlləriylə təqdim edən Platini komandaya heç bir rəsmi cavab
verməyib.
Qeyd edək ki, 4 il öncə də Platini "Qızıl top"un dünya çempionu olmuş İspaniya millisinin üzvünə verməyi istəsə də, mükafat Messiyə qismət olmuşdu. 2013-cü il "Qızıl top" mükafatnının təqdimatından sonra da fransız futbol adamı mükafatın Ronaldoya deyil, Frank Riberiyə verilməsinə tərəfdar çıxmışdı.