
İngiltərənin "Çelsi" klubunun qolkiperi Petr Çexə daha bir Avropa nəhəngi elçi düşüb. Sportnet.az-ın məlumatına görə,
söhbət İtaliya təmsilçisi "Milan"dan
gedir.
Bu haqda İngiltərənin "Daily Mirror" nəşri xəbər yayıb.
Mənbədə qeyd olunur ki, keçid qışda reallaşa bilər. Transfer 7 milyon
funt-sterlinq dəyərində qiymətləndirilir.
Lakin hazırda "Milan”ın qapısında uğurlu çıxış göstərən Dieqo
Lopes var. Buna görə Çex ehtiyatda oturacağı bir kluba keçməkdən imtina edə
bilər.
Qeyd edək ki, daha öncə 32 yaşlı qapıçının "Arsenal"a keçəcəyi barədə iddialar ortaya atılmışdı. Ancaq "topçular"ın rəhbərliyi bu fikirdən imtina etmişdi. Cari mövsümdə cəmi 5 matçda meydana çıxan Çex isə qapısında 3 qol görüb.