Türkiyənin "Fənərbağça" klubunun
canlı əfsanələrindən olan Aleks de Souza futbolçu karyerası ilə
vidalaşmaq qərarına gəlib. Sportnet.az-ın
məlumatına görə, 37 yaşlı futbolçu bu barədə şəxsi"İnstagram"
səhifəsindən məlumat verib.
Hazırda ölkəsinin "Koritiba" klubunda çıxış edən Aleks dekabrın 7-si keçiriləcək "Baiya" matçında
karyerasını bitirəcəyini açıqlayıb.
Yarımmüdafiəçi bu qərarını belə şərh edib: "Mənə verdiyi hər
şey üçün futbola təşəkkür edirəm. Ancaq kariyeramın sonudu. Bazar günü
"Kouts Pereyra"da ləzzət alacağım daha bir oyun olacaq.
Təşəkkürlər "Koritiba", "Palmiyeras",
"Kruzeyro" və "Fənərbağça".
Qeyd edək ki, o, 2004-2012 illər ərzində "sarı - lacivətlilər"in formasını geyinib. Hazırda İstanbul şəhərində Aleksin heykəli də var.