Afrikada
ilin futbolçusu müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, mükafata Əlcəzairli futbolçu Yasine
Brahimi layiq görülüb.
24
yaşlı yarımmüdafiəçi Əlcəzair millisinin Dünya Çempionatında son 16-lığa qalmasında
böyük pay sahibi olub. O, Yaya Ture, Jervinyo, Vinsent Enyeame və Pierre Emerik
Aubameyanq kimi futbolçuları qabaqlayaraq qalib olub.
"Portu”nun
şərəfini qoruyan futbolçu klubun rəsmi saytına sevincini bölüşüb: "Bu mükafatı
qazanmaq mənim üçün böyük bir qürurdu. Əlcəzair millisində oynamaq qərarı aldım
və 2014-cü il komandamız üçün önəmli bir il oldu. Mən də bu mükafatı aldım. "Portu”nun
heyətində daha yaxşı oynayaraq böyük uğurlar qazanmaq istəyirəm”.
Yasine
Brahimi Əlcəzairli futbolçular arasında bu mükafata layiq görülən ilk
futbolçudur. Bu mövsüm oynadığı 15 oyunda 6 qol vurub.
Qeyd edək ki, daha əvvəl bu mükafata Corc Veah, Cey Cey Okoça, Didye Droqba və Samuel Eto layiq görülüb.