İngiltərə Premyer Liqası tarixinin ən yaxşı bombardiri Cimmi Qrivz xəstəxanaya yerləşdirilib.
Sportnet.az futbolçunun sabiq komandası "Tottenhem"in rəsmi saytına istinadən xəbər verir ki, 80 yaşlı keçmiş hücumçunun xəstəxanaya yerləşdirilməsinin səbəbi açıqlanmayıb.
Onun koronavirusla əlaqəli olmadığı bildirilib. Qrivzin səhhətində 2015-ci ildən bəri problem yaşanıb, iki dəfə infarkt keçirib.
Qeyd edək ki, Cimmi Qrivz "Çelsi"nin yetirməsidir. İngiltərə yığmasının sabiq hücumçusu karyerasının böyük hissəsini "Tottenhem"də keçirib. O, Premyer Liqada ən çox qol vuran futbolçudur - 357. Forvard milli komandası ilə 1966-cı ildə dünya çempionu da olub.